Macarıstan Milli Məclisi İsveçin NATO-ya qoşulması haqqında sazişi təsdiqləyib.
525.az xəbər verir ki, Macarıstan Milli Məclisində keçirilən sessiyada İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirilib. İsveçin NATO-ya üzvlüyünə 188 deputat lehinə, 6 deputat isə əleyhinə səs verib. Beləliklə, Macarıstan Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.
Qeyd edək ki, Macarıstanın təsdiqi ilə İsveç administrasiyası bütün NATO üzv ölkələrinin razılığını alıb.
Məhəmməd Tağıyev