Danimarka polisi “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmanı dayandırdığını açıqlayıb.
525.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Danimarka polis rəsmiləri istintaqın davam etdirilməsi üçün heç bir əsas olmadığını bildiriblər: “Hakimiyyət qaz kəmərlərində qəsdən təxribat törədildiyi qənaətinə gələ bilər”, - deyə hüquq-mühafizə orqanları əlavə edib.
Qeyd edək ki, Danimarka 2022-ci ilin sentyabrında İsveç və Danimarka iqtisadi zonalarında “Şimal axını”nın bir sıra partlayışları ilə bağlı araşdırmaları dayandıran ikinci ölkə olub.
Havar Şəfiyeva