|
|
|
|

Alimlər Antarktida materikində ilk dəfə olaraq quş qripinin aşkar edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Bazasının alimləri ölmüş iki kütdimdik quşunu tədqiq ediblər.
Belə ki, alimlər quş qripinin (H5N1) iki kütdimdikdə müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.
Qeyd edək ki, "H5N1" adlı quş qripi səbəbiylə 2021-ci ildən bəri milyonlarla quş tələf olub.
Məhəmməd Tağıyev



