ABŞ Prezidenti Co Bayden və keçmiş prezident Donald Trampın eyni gündə Meksika sərhədində yerləşən Texas ştatına səfər edəcəyi açıqlanıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Jean-Pierre, Baydenin cümə axşamı Texas ştatının Brownsville şəhərinə səfər edərək sərhəd patrulunun rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli liderlərlə görüşəcəyi və respublikaçılara sərhəd təhlükəsizliyi ilə bağlı razılığa gəlmələri üçün təzyiq edəcəyi barədə məlumat paylaşıb.
Malik Atilay