ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında İsrail və Fələstinin radikal HƏMAS qruplaşması arasında atəşkəs martın 4-də, gələn həftənin əvvəlində əldə oluna bilər.
525.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Milli təhlükəsizlik müşavirim mənə deyir ki, biz razılaşmaya yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər atəşkəs haqqında razılaşma əldə edəcəyik”, - deyə Bayden jurnalistlərə ehtimal olunan vaxtı açıqlayıb.
Qeyd dək ki, daha əvvəl bildirilmişdi ki, Bayden administrasiyası və ərəb tərəfdaşlarından ibarət kiçik bir qrup İsrail və Fələstin arasında uzunmüddətli sülh üçün ətraflı, hərtərəfli planı yekunlaşdırırlar.
Havar Şəfiyeva