ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller Fələstin administrasiyasında yenilənmə prosesini alqışladıqlarını bildirib.
525.az xəbər verir ki, Miller nazirlikdə keçirdiyi gündəlik mətbuat konfransında Fələstindəki son siyasi hadisələri və Qəzzadakı prosesləri dəyərləndirib.
Miller, Fələstinin Baş naziri Məhəmməd Ştiyyenin istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etməsindən sonra yeni hökumət işlərinin başladığı Fələstindəki siyasi vəziyyəti yaxından izlədiklərini bildirib.
Miller: "Bu addım Qəzza və İordan çayının qərb sahilinin Fələstin hakimiyyəti altında birləşməsini təmin etmək üçün vacibdir", - deyib.
Məhəmməd Tağıyev