Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-də Türkiyəyə səfər edəcək.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, S.Lavrov martın 1-2-də Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Martın 5-də isə onun İƏT-ə üzv dövlətlərin səfirləri ilə görüşü nəzərdə tutulur.