|
|
|
|

Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda aktyorun evində də atış poliqonu tapılıb.
Prokurorlar Delonun silah icazəsi olmadığını bildiriblər.
Qeyd edək ki, 88 yaşlı aktyor "Samuray" (1967) və Borsalino (1970) kimi hit filmlərdə sərt görünüşlü obrazları canlandıraraq, fransız kinosunun qızıl dövrünün ulduzu olub. 2019-cu ildə insult keçirən Delonun səhhəti son illərdə pisləşib. Fransa mətbuatının yazdığına görə, onun daha bir üstü açılmayan ağır xəstəliyi var.
Malik Atilay



