|
|
|
|

Yaponiyada 2023-cü ildə yeni doğulanların sayı 758 631 ilə indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasına görə, 2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalıb. Yeni doğulanların sayı 758 631-ə azalaraq indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatib. Bu rəqəm 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon olub. Bu say 2016-cı ildə ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.
Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırılsa belə roqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşib. Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların da sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb. Evliliklərin sayı 2023-cü ildə bir əvvəlki ilə görə 5,9 faiz azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə çatıb. Ölkədə 1899-cu ildən bəri aparılan statistik məlumatlara görə, sonuncu dəfə 1933-cü ildə 486 min 58 nikah qeydə alınıb. Ən çox nikah 1 099 984 ilə 1972-ci ildə baş verib.
Qeyd edək ki, ölkədə 2023-cü ildə boşanmaların sayı 4 695 artaraq 187 798-ə çatıb.
Malik Atilay



