|
|
|
|
Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri bu gündən başlayaraq 48 saatlıq etiraz tətilinə başlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Afina Taksi Sürücüləri Birliyindən verilən açıqlamada paytaxt Afinada bu gündən etibarən 48 saatlıq tətil olacağı bildirilib.
Açıqlamada bildirilib ki, taksi sürücüləri sərnişin olduğu halda avtobuslar üçün ayrılmış sağ zolağın taksilər tərəfindən istifadə edilməsini, qanunsuz taksilərin qarşısının alınmasını, hava limanından nəqliyyat haqlarının artırılmasını və vergi yükünün azaldılmasını tələb ediblər.
Qeyd edək ki, paytaxt Afinada bir araya gələn taksi sürücüləri maşınları ilə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Malik Atilay