|
|
|
|

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi Ukraynaya qoşun yeridilməsi ehtimalına qarşı çıxıb.
525.az xəbər verir ki, Albares İspaniya parlamentindəki hökumətə suallar iclasındakı çıxışında: "Təbii ki, Ukraynada ispan əsgərləri olmayacaq. Çünki biz sülh istəyirik. İspaniya hökuməti Qəzzada da eyni şeyi istəyir. Sülh və beynəlxalq hüquqlara hörmət", - deyib.
Qeyd edək ki, Albares İspaniyanın İsrailə silah ixracı üçün heç bir yeni lisenziya vermədiyini vurğulayıb.

Məhəmməd Tağıyev



