|
|
|
|
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik qurumları tərəfindən təsdiqlənməlidir.
525.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.
"İlk növbədə, bu iki dövlət buna münasibət bildirməlidir", - o vurğulayıb.
Xatırladaq ki, fevralın 23-də Ermənistanın “Faktor TV” nəşri mənbələrinə istinadən V.Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb. Bildirilmişdi ki, səfərin vaxtı hələ müəyyən edilməyib, lakin güman ki, bu, mart ayında baş tutacaq.