|
|
|
|

Fevralın 22-də Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində başlayan meşə yanğınları fəlakətli səviyyəyə yüksəldiyindən, təxminən 30 min insandan yaşadıqları ərazini təxliyə etməsi tələb olunub.
525.az xəbər verir ki, səlahiyyətlilər nəzarətsiz meşə yanğınlarının fəlakətli həddə çatdığını bildirib. Belə ki, əyalətin qərbində yaşayan təxminən 30 min insan dərhal bölgəni tərk etməyə çağırılıb.
Fövqəladə hallar haqqında məlumat və xəbərdarlıqlar verən "ViceEmergency" veb-saytı yanğının daha da böyüyə və yolların bağlana biləcəyi barədə xəbərdarlıq edib.
Məhəmməd Tağıyev



