
ABŞ Müdafiə Nazirliyi qoşunlarını Nigerin paytaxtı Niameydəki bazasından çıxardıqları barədə məlumat verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Niger Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.
Məlumatda daha sonra ABŞ-nin sentyabrın 15-ə kimi ölkənin şimalında yerləşən Aqadas şəhərindəki hərbi bazanı da boşaldacağı bildirilib.
Qeyd edək ki, bir qədər sonra Pentaqon Cadda yerləşən hərbi kontingentinin bir hissəsini də çıxaracağı barədə açıqlama yayıb.
L.Tağıyeva



