
Türkiyə Ordusunun İraqın şimalındakı Qara bölgəsində keçirdiyi növbəti əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə ordusu müntəzəm əməliyyatlarla terrorçuluğa qarşı mübarizəni davam etdirir.



