
Almaniya Ukraynaya növbəti hərbi yardım paketini göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yardım paketinə əsasən radar sistemləri, PUA-lar, döyüş sursatları daxildir.
Qeyd edək ki, Almaniya Ukraynaya göstərilən hərbi yardımın həcminə görə ABŞ-dən sonra 2-ci yerdir. Beləki almanlar bu ilin yanvarına kimi Ukraynaya 6 milyard avroluq hərbi yardım ediblər.
L.Tağıyeva



