Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu və Hoçazfilmin rəhbəri Amil Amal Türkiyənin paytaxtı Ankara şəhərinə səfər ediblər.
525.az xəbər verir ki, səfər çərçivəsində onlar Türkiyə Kültür və Türizm Bakanlığı Sinema Genel Müdiri Yardımcısı Kemal Uysal və Türksoy İletişim Bilişim Dairesi Başkanı Salim Ezerlə görüşblər.
Görüş zamanı Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi və digər perspektivdə olan ortaq layihələr müzakirə edilib.