|
|
|
|

Litvanın Şakyaysk rayonu ərazisində ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Riqa-Kalininqrad marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Jiqenay kəndi yaxınlığında yoldan çıxıb və aşıb.
Hadisə bu səhər yerli vaxtla 05:55-də baş verib. Avtobusun salonunda 47 sərnişin olub. Onlardan 20-i müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Oturacaqlar arasında sıxılmış 2 sərnişini xilasedicilər avtobusdan çıxarıblar.
Qeyd edək ki, 65 yaşlı sürücü saxlanılıb. Qəzanın səbəbi araşdırılır. Sürücünün sükan arxasında yuxulaması güman edilir.
L.Tağıyeva



