|
|
|
|

İspaniyalı Mariya Branyas Morera 117 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ailəsi X hesabında məlumat yayıb. Morera 1907-ci ildə San-Fransiskoda anadan olub. 15 yaşında ikən ailəsi ilə birlikdə vətəni İspaniyaya köçüb. 1931-ci ildə ərə gedən Morera 46 il evli olub. Bu ilin martında 117 yaşını qeyd edən Mariya Branyas ömrünün son 25 ilini Olot şəhərində yaşayıb.
Qadın ömrü boyu 2 dünya müharibəsinə, ispan qripi və koronavirus pandemiyalarına, İspaniyada vətəndaş müharibəsinə və bir sıra digər tarixi hadisələrə şahidlik edib.
Qeyd edək ki, Mariya Branyas Morera ötən ilin yanvarında fransalı Lüsil Randonun 118 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı kimi rəsmən Ginnesin rekordlar kitabına düşüb.
Yeri gəlmişkən, onun vəfatından sonra bu ad Tomiko İtookaya keçib. Yaponiyalı qadının hazırda 116 yaşı var.
L.Tağıyeva



