|
|
|
|

Çin müxtəlif ikitərəfli və çoxtərəfli kanallar vasitəsilə Afrika ölkələrinə borclarının azaldılması üçün aktiv şəkildə kömək göstərir.
525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin rəsmisi Şen Syan bildirib.
Onun sözlərinə görə, az gəliri olan ölkələr üçün G20-nin xüsusi təşəbbüsünün bir hissəsi olaraq, Çin müvafiq ölkələrə möhlət müqavilələri üzrə danışıqlarda kömək etməkdə fəal rol oynayıb.
Şen Syan əlavə edib ki, Çin-Afrika Əməkdaşlıq Forumu çərçivəsində Pekin müvafiq Afrika ölkələrinin 2021-ci ilin sonuna qədər ödənilməli olan faizsiz dövlət kreditləri şəklində borclarını silib. O, Çinin maliyyə qurumları və müəssisələrinin Afrika ölkələri ilə bazar prinsipləri və beynəlxalq qaydalar əsasında investisiya və maliyyə əməkdaşlığı həyata keçirdiklərini vurğulayıb: “Çin maliyyə qurumları və müəssisələri Afrika ölkələrinin istəklərinə tam hörmətlə yanaşır və onların real ehtiyaclarını nəzərə alır. Bundan əlavə, biz heç vaxt Afrika ölkələri tərəfindən geniş şəkildə qəbul edilən hər hansı siyasi şərt irəli sürmürük”.
Rəsmi Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinadən əlavə edib ki, Afrikanın xarici borcunun 66 faizini kommersiya istiqrazları və çoxtərəfli borclar təşkil edir. Çinə borcu isə ümumi xarici borcunun 11 faizini təşkil edir.
Pərvanə Sultanova



