|
|
|
|

Almaniyada müxtəlif partiyalar Ukraynanı dəstəkləməklə bağlı çağırışlar edirlər və Berlin Kiyevə öz köməyini davam etdirəcək.
525.az xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadi işlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirib.
“G7 lazım olan hər şeyi hərəkətə gətirdi: Ukrayna gələcəkdə təcili ehtiyac duyduğu silah sistemlərini əldə etməsi üçün pul alacaq”, - Habek əlavə edib.
Onun sözlərinə görə, G7 Ukraynaya 50 milyard dollarlıq yardım paketinin transferini razılaşdırmağa hazırlaşır və Almaniya büdcəsindən daha 4 milyard dolların köçürülməsi planlaşdırılır.
Vitse-kanslerə görə, Vaşinqton yardımı dayandırsa belə, Berlin Kiyevi dəstəkləməyə davam edəcək, çünki Bundestaqdakı müxtəlif partiyaların siyasətçiləri yardımı zəruri hesab edirlər.
“Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-dakı prezident seçkilərində qalib gəlsə və yardım üçün vəsait ayırmağı dayandıra bilsə, Almaniya Ukraynanı tək qoymayacaq. Düzdür, Amerikanın dəstəyi olmasa, həqiqətən çatışmazlıq olacaq, bununla belə, qalan müttəfiqlər Ukrayna böhranı sahəsində öz əməkdaşlığını gücləndirməli olacaqlar. Əgər pul köçürmək imkanı olmasa, Berlin Kiyevi necəsə dəstəkləyəcək”, - o əlavə edib.
Pərvanə Sultanova



