|
|
|
|

İlin əvvəlindən Konqo Demokratik Respublikasında (KDR) ən azı 570 nəfər meymun çiçəyi virusundan dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, KDR Səhiyyə Naziri Rocer Kamba açıqlamasında ölkədə meymun çiçəyi virusu epidemiyası ilə bağlı son məlumatları paylaşıb.
Kamba, bu ilin əvvəlindən bəri təsdiqlənmiş və ya şübhəli 16,700 meymun çiçəyi hadisəsinin aşkar edildiyini və onlardan 570-dən çoxunun öldüyünü bildirib.
Epidemiyanın Afrikada 17 ölkəyə yayıldığını bildirən Kamba, gənc əhaliyə, xüsusilə 15 yaşdan kiçik uşaqları təsir etdiyini ifadə edib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında KDR-də ümummilli meymun çiçəyi epidemiyası elan edilib.
Malik Atilay



