|
|
|
|

Demokratlar Partiyasından namizəd olan Kamala Harris ABŞ prezidenti seçilə bilməz.
525.az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib.
News.ru-nun yazdığına görə, internetdə Harrisin prezidentliyinə əngəl ola biləcək sənəd yayılıb. Söhbət onun doğum haqqında şəhadətnaməsindən gedir. Belə ki, sənədə əsasən ABŞ-nin hazırkı vitse-prezidenti Yamaykada anadan olub. ABŞ qanunlarına görə isə dövlət başçısı ya ölkə ərazisində doğulmalı, ya da onun valideynləri ABŞ vətəndaşlığına malik olmalıdırlar.
Kamala Harrisin doğum haqqında şəhadətnaməsinin Yamayka xəstəxanalarından birində aşkarlandığı bildirilir. Maraqlıdır ki, Harrisin atası daha əvvəl həmin xəstəxananın yerləşdiyi regionda yaşayıb.
Xatırladaq ki, buna bənzər qalmaqal daha əvvəl ABŞ-nin 44-cü prezidenti Barak Obama ilə bağlı da yaşanmışdı. Belə ki, sabiq dövlət başçısının Keniyanın Mombas şəhərində dünyaya gəldiyi bəyan edilmişdi. Bu barədə məlumatı ABŞ prezidentinin qardaşı Malik Obama yaymışdı.
İbrahim Cəfərov



