https://525.az/img/pics/medium/2026-06/395378_4yo2f4g2ak.jpg Milli Məclis və TBMM sədrləri görüşüb - YENİLƏNİB
https://525.az/img/pics/medium/2026-06/395366_7xbti4135c.jpg Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
search
24 İyun 2026

Olimpiya qaliblərinin şərəfinə daha bir tədbir keçirilib - FOTOLAR

Cüdoçularımıza yeni mənzillər hədiyyə olunub

Olimpiya qaliblərinin şərəfinə daha bir tədbir keçirilib - FOTOLAR

“Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdosunun tarixi nailiyyətinin qeyd olunması münasibətilə şam yeməyi məclisi təşkil olunub.

525.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, "Azercell" və “AZMAN HOLDİNG” şirkətlərinin dəstəyi ilə qurulan məclisin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılıb.

Müslüm Maqomayevin məşhur “Azrbaycan” mahnısı ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısını əks etdirən videoçarx təqdim olunub.

Daha sonra cüdoçularımızın son Olimpiya Oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən videoçarxlar nümayiş edilib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

Tədbirdə son Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.

Daha sonra Azər Əsgərov yeni mənzillərin rəmzi açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kotsoyeva, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.

Azərbaycan Cüdo Federasiyasının zövqlə tərtib etdiyi ssenari əsasında  tanınmış müğənnilər Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun, Sevda Ələkbərzadənin, habelə müxtəlif musiqi qruplarının vətənpərvərlik mövzusunda ifaları, cüdo yarışlarından fərqli və original video-çarxlar, idmançıların maraqlı rəqsləri məclisə xüsusi rəng qatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.