|
|
|
|
Ölkənin ən uzun çayı Vislanın suyu kritik həddə azalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, çayda suyun dərinliyi 22 sm-ə kimi enib.
Bu, 2015-ci ildə qeydə alınan nəticədən 4 sm azdır.
Sululuğun azalması nəticəsində Varşavada çay yatağında xırda adalar yaranıb. Hətta bir sahildən digərinə rahatlıqla keçmək mümkündü.
Mütəxəssislər bunun şimal yarımkürəsində bu il baş verən qulaqlıqla əlaqələndirirlər.
Qeyd edək ki, Vislanın Varşavadan keçən hissəsində dərinlik adətən 105-250 sm təşkil edirdi.
L.Tağıyeva