|
|
|
|
ABŞ və Avropa İttifaqı (Aİ) hakimiyyət orqanlarının tətbiq etdiyi anti-Rusiya sanksiyaları bu ölkələrin gözlədiyi effekti vermir.
525.az xəbər verir ki, bunu ABŞ-ın 1987-1991-ci illərdə SSRİ-də sonuncu səfiri olmuş Cek Metlok deyib.
“ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəzərdə tutulduğu kimi işləmir. Onların məqsədi Rusiya iqtisadiyyatını məhv etmək idi, lakin bu baş vermədi. Əldə etdikləri yeganə şey Rusiya iqtisadiyyatının müstəqil idarəçiliyini artırmaqla yanaşı, onun Çin, İran və hətta KXDR-ə doğru yönəlməsi oldu”, - sabiq diplomat deyib.
Metlok hesab edir ki, Rusiya sanksiyalarının bu cür nəticələri Qərbi Avropa və ABŞ üçün son dərəcə əlverişsiz olacaq və Qərb liderlərinin bunu anlamamasından təəccüblənir:
“Qərb ölkələrinin liderlərinin bunu niyə başa düşmədikləri mənə aydın deyil. Mənə elə gəlir ki, ABŞ-ın Avropadakı müttəfiqləri öz keçmişləri ilə maraqlanmayan və müəyyən şeylərə yönəlmiş dar siyasət yürüdürlər, qalanlarına isə məhəl qoymurlar. Düşünürəm ki, bu, Birləşmiş Ştatlar və onun hərbi müttəfiqləri üçün yaxşı bitməyəcək”.
Pərvanə Sultanova