|
|
|
|
Dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq üçün pirotexniki vasitələrin istehsalı, satışı və istifadəsi qadağan edilib.
525.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.
Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür pirotexniki vasitələrin istehsalı, satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.
Qadağanın ciddi şəkildə həyata keçirilməsi üçün müvafiq bölmələrin birgə hərəkət edəcəyini bildirən Rai: "Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Hər bir Dehli sakini çirklənmə döyüşçüsü olarsa və ətraf mühitin qorunmasında liderlik edərsə, insanları təhlükədən xilas edə bilərik", - deyib.
Malik Atilay