|
|
|
|
Çin və Rusiya donanması və hərbi hava qüvvələrinin Qərbi Sakit okeanda Yapon dənizi (Şərq dənizi) və Oxot dənizində birgə hərbi təlimlərə başlayacağı açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada “Şimal/Qarşılıqlı Fəaliyyət-2024” adlı təlimin Çin və Rusiya orduları arasında “strateji koordinasiyanı dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək qabiliyyətini gücləndirmək” məqsədi daşıdığı qeyd edilib.
Açıqlamada Çin və Rusiya donanmasının Sakit Okeanda 6-cı patrulunu həyata keçirəcəkləri, Çinin də Rusiyanın “Okean-2024” strateji təliminə qatılacağı bildirilib.
Təlimlərin və patrul fəaliyyətlərinin hansı tarixlərdə keçiriləcəyi ilə bağlı məlumat verilməyib.
Malik Atilay