|
|
|
|
Böyük Britaniyadakı məhbuslar həbsxanalardakı həddən artıq sıxlığı aradan qaldırmaq üçün Estoniyaya göndərilə bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın ədliyyə naziri Şabana Mahmud və onun estoniyalı həmkarı Pakostanın bu həftə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa Şurasının iclasında bu məsələni müzakirə edəcəyi gözlənilir.
Məhbusların Estoniyaya göndərilməsi planının həyata keçirilməsi üçün Estoniya hökuməti ilk növbədə bu məsələni parlamentdə müzakirə edib təsdiq etməlidir.
Böyük Britaniyadakı hökumət mənbələri əvvəlki hökumətdən miras qalmış həbsxanalardakı ağır vəziyyətə görə bu variantın ciddi şəkildə nəzərdən keçirildiyini təsdiqləyiblər.
Keçən ay İngiltərə və Uelsdə kişi həbsxanalarında demək olar ki, boş yer yox idi. Böyük Britaniyada məhbusların ümumi sayının 2027-ci ilin martına qədər 89 000-dən 93 100-dən 106 300-ə qədər artacağı gözlənilir.
Məhbusların Estoniyaya göndərilməsi təklifi ilk dəfə ötən il Mühafizəkarlar Partiyasının konfransında o vaxtkı ədliyyə naziri Aleks Çalk tərəfindən səsləndirilmişdi.
Malik Atilay