|
|
|
|
Bununla bağlı Finlandiya Ədliyyə Nazirliyi qanun layihəsini icraata götürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, indən belə başqa dövlətlərin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan ölkələrin vətəndaşları Finlandiyada daşınmaz əmlak ala bilməyəcəklər.
Yeni qanun layihəsi birbaşa Rusiya vətəndaşlarına da aiddir. Sözügedən sənəd artıq, ölkənin ədliyyə kanaleri Tuomas Peyusti tərəfindən imzalanıb və qurumun rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, qanunun qəbul olunmasında başlıca məqsəd Finlandiyanın müstəqilliyini qorumaqdır.
L.Tağıyeva