|
|
|
|
Dövlət qurumları ABŞ-nin Massaçusets və Vermont ştatlarının sakinlərinə hava qaraldıqdan sonra, daha dəqiq, axşam saat 6-dan səhər 6-a kimi ağcaqanadların aktiv olduqları vaxt evlərini tərk etməməyə çağırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hər iki ştatın ərazisində nadir virusun yayılma təhlükəsidir.
Bu ərazilərdə atlarda rast gəlinən ensefalit virusunun nadir növü geniş yayılıb. Virusun daşıyıcıları isə ağcaqanadlardır. Virus insan orqanizminə məhz ağcaqanad sancması nəticəsində düşür. 30 faiz halda insan beynində şiş yaranır və ölümlə nəticələnir.
Hətta Massaçusets ştatının bəzi yerlərində komendant saatı tətbiq edilib. Oktoberfest şəhərində təşkil olunan ənənəvi festival isə ləğv edilib.
Qeyd edək ki, ABŞ-də ildə orta hesabla 11 insan bu virusa yoluxur. Bu il isə 11 yaşayış məntəqəsi və 3 şəhərdə 47 yoluxma faktı qeydə alınıb.
L.Tağıyeva