|
|
|
|

Afrikanın qərbində Mali, Nigeriya və Nigerdə leysan yağışlar və daşqınlar səbəbindən təxminən 1 milyon insan evlərini tərk etməli olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Save The Children" beynəlxalq təşkilatının bəyanatında leysan yağışların və daşqınların həyata mənfi təsir etdiyi qeyd olunub.
Açıqlamada, bu səbəbdən təxminən 1 milyon insanın Mali, Niger və Nigeriyada evlərini tərk edərək köç etmək məcburiyyətində qaldığı paylaşılıb.
Daşqınların yüz minlərlə uşağa mənfi təsir etdiyi, bir çox bölgədə epidemiya riskinin artdığı və qida problemlərinin yaşandığı bildirilib.
Mali, Nigeriya və Nigerdə leysan yağışlar və daşqınlar nəticəsində 460-dan çox insan həyatını itirib.
Qeyd edək ki, Mali, Nigeriya, Efiopiya və Niger kimi Afrika ölkələrində leysan yağışların səbəb olduğu daşqınlarda yüzlərlə insan həyatını itirib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Malik Atilay



