|
|
|
|

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahı potensialını artırmaq üçün siyasət yürütdüklərini bəyan edib.
525.az Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim Şimali Koreyanın yaranmasının 76-cı ildönümü münasibətilə keçirilən bayram tədbirlərində çıxış edib.
Xüsusilə ABŞ-dən artan nüvə silahının Şimali Koreya üçün təhlükə yaratdığını deyən Kim: “Hərbi üstünlüyün qorunub saxlanmalı və daha da artırılmalıdır”, - deyib.
Kim, buna görə də ölkəsinin nüvə silah potensialını "eksponensial" artırmaq üçün siyasət yürütdüklərini açıqlayıb.
Davamlı olaraq nüvə təhdidlərinə məruz qaldıqlarını bildirən Kim, nüvə silahından “özünü müdafiə” üçün istifadə edəcəklərini və bunun heç kim üçün təhlükə yaratmayacağını müdafiə edib.
Kim Şimali Koreyanın "məsuliyyətli nüvə silahı dövləti" olduğunu deyib.
Malik Atilay



