|
|
|
|

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Lorenqau şəhərindən təxminən 170 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 10 kilometr dərinlikdə baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə can və mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Qeyd edək ki, Papua Yeni Qvineya dünyanın ən çox zəlzələ və vulkanik fəaliyyətinin baş verdiyi "Sakit Okean Alov Halqası"nda yerləşir.
Malik Atilay



