|
|
|
|

Belarus elə sabah Polşa ilə münasibətləri normallaşdırmağa hazırdır.
525.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bizim siyasətimiz Polşaya qarşı aqressiv deyil. Biz Polşa ilə mübarizə aparmağa çalışmırıq. Polşalıların 99%-i siyasətimizi başa düşür və əminəm ki, onu dəstəkləyirlər. Biz sabah belə onlarla münasibətləri normallaşdırmağa hazırıq”, - Lukaşenko əlavə edib.
Onun sözlərinə görə, Belarus belə bir müharibənin milyonlarla insanın ölümü ilə nəticələnəcəyini və qalibin olmayacağını bilir.
Pərvanə Sultanova



