|
|
|
|

Xarkov vilayətinin Kupyansk şəhəri ətrafında 29 yaşayış məntəqəsindən uşaqlar məcburi evaukasiya ediləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun hərbi adminstrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Bu gün qəbul olunan qərarda Kupyanskdan 158, Kondraşovskdan 70, Kurilovskdan 41 - ümumilikdə 269 uşağın təhlükəsiz ərazilərə çıxarılacağı nəzərdə tutulub.
Yeri gəlmişkən, Volçansk və Lipçevskdən 15 mindən çox sakin evakuasiya edilib ki, onların da 1282-i uşaqlardır.
Qeyd edək ki, bu ayın əvvəlində Krasnoarmeysk rayonunun 31 yaşayış məntəqəsindən uşaqlar tam evakuasiya edilmişdi.
L.Tağıyeva



