“Xarici təzyiq və sanksiyalara görə hazırda Belarus və İran eyni qayıqdadır. Hər iki ölkə bu təzyiqlərin öhdəsindən gəlir”.
525.az BELTA-ya istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə deyib.
“Ziyarətiniz həm də ona görə vacibdir ki, taleyin hökmü ilə, bəlkə də, sizin dediyiniz kimi, bütün bunlar Allahdandır, biz özümüzü eyni yerdə tapmışıq və buna qətiyyən peşman deyilik”, - deyə Lukaşenko qeyd edib.
Belarus prezidenti vurğulayıb ki, hazırda informasiya qarşıdurması var və beynəlxalq KİV Belarusla İrana böhtan atmağa çalışır.
Görüşün sonunda Lukaşenko İran prezidenti Məsud Pezeşkianı ölkəsinə səfərə dəvət edib.
İbrahim Cəfərov