Ukrayna ölüm səviyyəsinə görə dünyada birinci yerdədir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin açıqladığı son reytinqin nəticələri bunu deyir.
Belə ki, Ukraynada ölüm səviyyəsi hər 1000 nəfərə 18,6 nəfər təşkil edir ki, bu da 229 ölkə arasında ən yüksək göstəricidir.
İkinci yerdə Litva qərarlaşıb. Bu ölkədə 1000 nəfərə düşən ölüm sayı 15,2 təşkil edir. Üçüncü yeri isə Serbiya (14,8) tutur.
Ölüm səviyyəsinə görə dünya reytinqinin ilk “10-luğ”unda həmçinin, Latviya, Rumıniya, Macarıstan, Bolqarıstan, Moldova, Rusiya və Belarus yer alıb.
Sonuncu sırada isə Qətər qərarlaşıb. Asiya ölkəsində 1000 nəfərə düşən ölüm sayı 1,4-ə bərabərdir.
İbrahim Cəfərov