Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Kiyevə gəlib.
525.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. Bu, müharibə başladıqdan sonra Landsberqisin Ukraynaya sayca 9-cu səfəridir.
O, qatarla gəlişinin və Ukrayna rəsmiləri ilə görüşünün videosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Mən yenidən Kiyevdəyəm, çünki dostlar məhz bunun üçün lazımdır”.
Bildirilir ki, Ukraynaya səfəri zaman Qabrielyus Landsberqis hərbi əməliyyatların gedişini, Qərbin gələcək hərbi dəstəyini, həmçinin Ukraynanın Aİ və NATO-ya inteqrasiyasını müzakirə etmək üçün ölkə rəhbərliyi ilə görüşəcək. İki ölkənin nümayəndələri birgə layihələri də müzakirə etməyi planlaşdırırlar.
İbrahim Cəfərov