Bu barədə Polşa Seymində çıxışı zamanı ölkənin müdafiə nazirinin müavini Sezariy Tomçik məlumat verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa höküməti Cənubi Koreya istehsalı olan 12 ədəd döyüş komplekti olmayan "FA-50" qırıcısı alıb.
Problem təkcə bununla bitmir. Məsələ burasındadır ki, bu təyyarələr üçün hərbi sursatların və ehtiyat hissələrinin istehsalı artıq dayandırılıb.
Tomçikin sözlərinə görə, nazirlik hazırda lazımi ləvazimatları və işlənmiş ehtiyat hissələrini axtarmaqla məşğuldur.
Bundan başqa, hərbi büdcədə təyyarələrin saxlanması üçün anqarlara, eyni zamanda, pilot və heyəti təlimatlandırmğa vəsait nəzərdə tutulmayıb.
Bütün bunlara rəğmən, nazir müavini 12 qırıcıdan savayı Cənubi Koreyadan daha 36 "FA-50" alınacağını da söyləyib.
Qeyd edək ki, "FA-50"lər Polşa ordusunda köhnəlmiş "MİQ-29"ları əvəzləməlidir.
L.Tağıyeva