Pxenyan yaxınlığından buraxılan bir neçə yaxınmənzilli raket Yapon dənizinə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Komandanlığı məlumat yayıb.
Yerli vaxtla 07:10-da (Bakı vaxtı ilə 02:10) buraxılan raketlər 360 km məsafədən şərti hədəfə çatıb.
Cənubi Koreya ballastik raketlərlə görə Şimali Koreyanı qınayıb. Bunun təxribat olduğunu bildirən rəsmi Seul qarşı tərəfin lazımi cavab alacağını açıqlayıb.
Qeyd edək ki, rəsmi Pxenyan öz növbəsində cənubluların fikirlərini yalanlayıb və bildirib ki, əgər fikirləri olsaydı, raketlər Seul başda olmaqla Cənubi Koreya şəhərlərində və hərbi bazalarına partlamışdı.
L.Tağıyeva