Almaniyada Bodensk gölü yaxınlığında yerləşən Hoenfels kəndinə gözlənilmədən 130-dan çox ağ hacıleylək təşrif buyurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumi sayları 450-dən çox olan quşlar əkin sahələrinə və təsərrüfata xeyli ziyan vurub.
Hacıleyləklər qanunla qorunduğu üçün kənd sakinləri və hökümət orqanları onlara heç nə edə bilmirlər. Qalır quşların havalar soyuyanda cənuba doğru köçünü gözləmək.
Qeyd edək ki, kəndin ətrafında göl və bataqlıq ərazinin olması və bu üzdən qurbağaların çoxluğu hacıleyləkləri bura cəlb edir. Kənd sakinləri hacıleyləklərin Hoenfelsdə həmişə olduğunu bildirsələr də, bu cür terrora ilk dəfə məruz qaldıqlarını söyləyirlər.
L.Tağıyeva