Bu ilin ilk 8 ayında ölkədə 691 restoran bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründən 80 faiz çoxdur.
Restoranların bağlanmasının əsas səbəbi ticari xərclərin artmasıdır. Bundan başqa koronavirus pandemiyası, Ukraynada müharibə və əhalinin alıcılıq qabiliyyətinin azalması da başlıca səbəblərdəndir.
Qeyd edək ki, ölkədə təkcə restoran biznesi öz çətin günlərini yaşamır. İctimai iaşə müəssisələri arasında da fəaliyyətini dayandıranların sayı günü-gündən artır.
L.Tağıyeva