Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunan Azərbaycan əsilli jurnalist, teleaparıcı İradə Zeynalova jurnalistlik karyerasını bitirəcəyini açıqlayıb.
525.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bazar günü sonuncu televiziya verilişində tamaşaçıları ilə vidalaşacağlnı deyib.
"Mən daha jurnalist olmayacağam. Gələcəkdə xəbərlərin bizi yalnız sevindirməsi üçün əlimdən gələni edəcəm. Ümidvaram ki, diplomatik sahədə çox şey edə biləcəyəm”, - Zeynalova deyib.
Qeyd edək ki, aentyabrın 13-də Rusiya prezidenti Vladimir Putin jurnalist və teleaparıcı İradə Zeynalovanın Mavriki Respublikasına səfir təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu ilin mayında Mavrikiyə səfir təyin olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Zeynalova NTV-nin aparıcısı olduğunu demişdi.
O, 2016-cı ildən NTV-də “Həftənin yekunları” verilişinə aparıcılıq edir.
Pərvanə Sultanova