Rusiya Federasiyası Ukraynada ABŞ-ın silahlarını məhv edir. Bununla da Birləşmiş Ştatları onunla mümkün böyük müharibə üçün zəruri olan silahlardan məhrum edir.
525.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Cim Uebb bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya göndərdiyi texnikanın miqdarına nəzər salanda, hücum PUA-larından tutmuş artilleriya sistemlərinə, tanklara və “Bradley” döyüş maşınlarına qədər bütün bu sistemlər Rusiya ilə genişmiqyaslı müharibə üçün nəzərdə tutulub.
“Və biz nə etdik? Biz Ukraynaya ən yaxşı silahlarımızı təhvil verdik və ruslara bu texnikanı hissə-hissə məhv etməyə icazə verdik”, - o əlavə edib.
Analitikin fikrincə, Rusiya Silahlı Qüvvələri nəinki Amerika istehsalı olan texnikaya çıxış əldə edib, həm də ona qarşı hazırlanmış müharibə taktikasını öyrənib: “Biz münaqişə zamanı istifadə edə biləcəyimiz bütün texnoloji üstünlüklər artıq itirmişik”.
Pərvanə Sultanova