Avropa Komissiyası Avropa İttifaqı dövlətlətinin səfirlərinə gələcəkdə Ukraynaya 50 milyard ABŞ dolları məbləğində yardımın köçürülməsi üçün Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasının uzadılmasına dair bir neçə variant təqdim edib.
525.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, 50 milyard dollar məbləğində yardım G7 dövlətləri tərəfindən kredit şəklində Kiyevə köçürüləcək. Onun qarantiyası üçün bu ölkələr əmin olmaq istəyirlər ki, anti-Rusiya sanksiyaları yaxın vaxtlarda ləğv olunmayacaq. Buna görə də Avropa Komissiyası Rusiya Mərkəzi Bankının səhmlərinin dondurulmasının uzadılması variantlarını hazırlayıb və təqdim edib.
Aİ-yə üzv olan bütün dövlətlərin yekdil qərarı ilə immobilizasiya altı aydan bir uzadılmalıdır və yeni AK planlarından birində Rusiya aktivlərinin dondurulması üçün beş illik müddət nəzərdən keçirilir, ona hər 12 aydan bir baxılacaq. Bu variantda sanksiyaların ləğvi üçün birlik üzvlərinin səs çoxluğu tələb olunacaq.
Pərvanə Sultanova