Çin höküməti əhalinin pensiya yaşını artırmaq qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkə iqtisadiyyatının tənəzzülüdür.
Qərara görə təqaüd yaşı kişilər üçün 63, qadınlar üçünsə 58 qəbul edilib. Buna kimi kişilər 60, qadınlar 55 yaşında təqaüdə çıxa bilirdilər. Hökümət 2025-ci ildən başlayaraq, kişilər üçün təqaüd yaşını mərhələlərlə artırmağı da planlaşdırır.
Yeri gəlmişkən, Çin Elmlər Akademiyası hazırki gedişlə pensiya fondunun 2035-ci ildə tükənəcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Çində son 70 ildə ilk dəfə təqaüd yaşı artırılır.
L.Tağıyeva