49 ukraynalının əsirlikdən azad edilməsi barədə ölkə prezidenti Vladimir Zelinski sosial şəbəkə hesabında paylaşım edib.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 49 nəfərin əksəriyyəti hərbçilərdir. Aralarında mülki vətəndaşlar da var.
Ukrayna prezidenti dəftərxanasının rəhbəri Andrey Yermak məlumatı daha da dəqiqləşdirib. Əsirlikdən azad olunanlardan 40-ı müxtəlif qoşun növlərinin hərbçiləri, 2-i polis, 7-i isə mülki şəxsdir. Hərbçi və polislərdən 23-ü sıravi, 19-u isə zabitdir.
Qeyd edək ki, azadlığa qovuşan mülki şəxslərdən 1-i gənc qız, hərbçilərdən biri isə həkimdir.
L.Tağıyeva