ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.
Tərəflər həmçinin ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə dair müzakirə aparıblar.