Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcək.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Braziliyanın Moskvadakı səfiri Rodriqo de Lima Baena Soares deyib.
“Bəli, o, iclasda iştirak edəcək”, - deyə diplomat qeyd edib.
Sentyabrın 14-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox ölkə lideri BRİKS sammitində iştirakını təsdiqləyib.